Üç faizlik iradə

Üç faizlik iradə

1 Noyabr Parlament seçkiləri arxada qaldı.

Hakimiyyət keçirdyi seçkilərə görə “iki” qiymət alsa da, yenə “sinifdə” qalsa da, Xalqın seçkiyə gəlməməsini görməzdən gələrək saxta nəticələri elan edib xalqın onları dəstəklədiyini deyir …

Maraqlıdır, görəsən, bu hakimiyyəti dəstəkləyən həmin “xalq” kimdir!?

Mənim yaşadığım kəndin 800-ə yaxın seçicisindən 31 nəfəri seçkiyə gəlib. Əslində tam 31 nəfər də deyil. Bu 31 nəfər seçici siyahısında şəxsiyyət vəsiqəsi ilə rəsmən qeydiyyata düşənlərin sayıdır. Komissiya üzvləri və məktəb rəhbərliyinin həm də öz ailə üzvlərinin vəsiqələri ilə səs verdiyini nəzərə alsaq, bu rəqəm yarıbayarı azalacaq. Demək ki, seçkiyə heç 3%-də gəlməyib. Budurmu “xalqın birmənalı olaraq” hakimiyyəti dəstəkləməsi?! Həm hakimiyyət, həm də bəzi ağzıgöyçəklər xalq müxalifəti dəstəkləmir, deyir. Amma seçkilərə qatılandan sonra həm imzatoplama zamanı, həm təbliğat dövründə biz əksini gördük. Xalq əliyev hakimiyyətindən, onun yarıtmaz siyasətindən, telekanallardakı yalanlarından əməlli-başlı bezib. Bunu hakimiyyət də bilir, onların “ağaları” da… Azacıq sağlam düşüncəsi olan, vicdanlı vətəndaşımız da bilir ki, Əliyev hakimiyyəti xalq deyəndə onun üçün seçkiləri saxtalaşdıran 3-5 əqidəsiz komissiya üzvünü, həftə səkkiz, mən doqquz Müqəddəs yerlərə alver məqsədilə gedib-gələn, yalnız adının qarşısında “titul”u söylənsin deyə “dindar” adlandırılan imansızları, məktəbə təhsil ocağı kimi deyil, sosial təminat idarəsi kimi baxan 5-6 “müəllim”i nəzərdə tutur. Bəli, Xalq bunu çox gözəl bilir!

Hakimiyyət İraqı, Liviyanı, Misiri misal gətirməklə xalqın gözünü qorxudur ki, oyanmasın. Ölkə müxalifətinə efir vaxtı vermir, xalqla kütləvi təmasına əngəllər yaradır ki, xalq müxalifəti dağıdıcı kimi tanısın. Çünki bilir ki, bir az demokrarik şərait yarandığı halda xalq bunları deyil, xalqın içindən çıxmış, xalqın adamı olanları-müxalifətdə olanları dəstəkləyəcək.

Rüfət Baxışbəyli

 bastainfo.com

 

Добавить комментарий