Onlar İlham Əliyevlə demokratik seçki davası aparmaq əvəzinə…

Müsavatın dəstək bəyanatı kimə lazımdı?
Cəbhəçilərəmi?
Bəli. Və çox yaxşı.
O zaman belə bir yaxınlıq və təəssübkeşlik umduqları təşkilatın bütün əməkdaşlıq təkliflərini nədən rədd eləyirlər?
Nədən bu təşkilata münasibətdə özləri tam tərsini nümayiş etdirirlər?
Nədən hakimiyyətin Müsavatı parçalamaq planının fiqurantlarına dəstək verirlər?
Nədən parlament seçkilərində iştirak qərarına görə Müsavatı hakimiyyətə işləməkdə ittiham eləyirlər?
Dostluq-qardaşlıq istəyən beləmi davranır?
Yox, təbii ki.
Bu, aşkar və davamlı konfrantasiya xəttidi. Şüurlu şəkildə seçilib davamlı olaraq yürüdülən konfrantasiya xətti.
O zaman Tofiq Yaqublunun dəstək bəyanatıyla bağlı təklifinə cəbhəçilərin bu qədər sevinməsi təəccüblü deyilmi?
Yox. Çünki onları sevindirən təklifin məzmunu deyil.
Onlar bu təklifin Müsavatda yarada biləcəyi fikir ayrılığına sevinirlər.
Çünki onlar İlham Əliyevlə demokratik seçki davası aparmaq əvəzinə, müxalifət daxilində intriqanlıqla, yer-nüfuz davası aparmaqla məşğuldular.
Kimin maraqlarına uyğundu bu — hakimiyyətin, yoxsa müxalifətin?
Əlbəttə ki, hakimiyyətin.
Deməli, AXCP kimin maraqlarına uyğun fəaliyyət göstərir?
Təbii ki, hakimiyyətin.
Alya Yaqublu

Добавить комментарий