Əli Abbasovun bağ evi nəzarətə götürüldü — FOTO

Bu gün işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı maraqlı məlumat əldə etmişik. 
Arqument.az xəbər verir ki, sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gəlib.
Ətraflı məlumat əldə etməyə çalışırıq. Həmin bağ evinin fotosunu da oxuculara təqdim edirik…

Bu gün işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı maraqlı məlumat əldə etmişik. 
Arqument.az xəbər verir ki, sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gəlib.
Ətraflı məlumat əldə etməyə çalışırıq. Həmin bağ evinin fotosunu da oxuculara təqdim edirik…
Arqument.az Əli Abbasovun vəzifəsindən azad edilmənin səbəbləri haqda məlumat əldə edib.
Məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RTYN) rəhbər vəzifədə çalışan şəxsləri də cəlb edib.
Belə ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
İlkin araşdırmalar göstərib ki, nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN «generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.
Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, «Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, «Aztelekom» İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da var.

Добавить комментарий