Ucarda seçki özbaşnalıqı

Müsavatçı namizədin qardaşı hədələnib, hətta ona imza verən seçici məmurlar tərəfindən təhdid edilibMüsavat Partiyasının 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Zakir İsmayıl yerli məmurlar tərəfindən təzyiqlə üzləşib. Bu haqda «Basta»ya məlumat verən Z.İsmayıl bildirib ki, onu və onun üçün imza toplayan şəxslərin hər addımını izləyirlər: «Mənim doğmalarıma qarşı təzyiq edirlər. Qardaşımın oğlu mənim müdafiəm üçüm imza toplayırdı. Amma bugün İcra Hakimiyyətindən qardaşıma zəng edərək, ona hədə-qorxu gəliblər. Özümü də izləyirlər. Ucarda Mənzil kommunal idarəsinin rəisi olan Kənan Kərimov sakinlərə qabaqcadan xəbərdarlıq edir ki, Müsavatçı namizəd üçün imza verməsinlər. Həmin idarənin mühasibi olan Səməd adlı şəxs isə mənim namizədliyimin irəli sürülməsi üçün imza verən seçicilərdən birinə zəng edərək, onu hədələyib. Bununla bağlı DSK-ya şifahi məlumat verdim. Amma bundan sonra qardaşım oğlu təzyiqlə üzləşdi. Sabah DSK-ya rəsmi şikayət təqdim edəcəyəm».

Добавить комментарий