«AMAY Abdulla» 13-cü kalona etap olundu, karantinə salındı

İctimaiyyətin «Amay Abdulla» kimi tanıdığı Abdulla Abdullayev dünən 13 saylı cəzaçəkmə müəssisəsinə etap olunub. Məhbusun yaxınlarından birinin «Basta»ya verdiyi məlumata görə, o hal hazırda karantindədir.

Abdulla AbdullayevAbdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevlə birgə mühakimə edilən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il şərti cəza verilib. Nadejda İlyasova isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

bastainfo.com

Добавить комментарий