Arif Hacılı: Biz buna yol verməyəcəyik

Müsavat başqanı Arif Hacılı öz “facebook” səhifəsində Azərbaycan xalqını cahilliyə, köləliyə sürükləyənlərə ölkə Konstitusiyasını, Milli Təhlükəsizlik Konsepsiyasını xatırladaraq, bu seçimdən yayındıqları təqdirdə qarşılarında Müsavat Partiyasını, Azərbaycan xalqını görəcəklərini bildirib. Həmin statusu təqdim edirik:  

“Avrointeqrasiya Azərbaycan xalqının cahilliyə, zorakılığa, köləliyə qarşı strateji seçimidir.

Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, M. Ə. Rəsulzadə kimi mütəfəkkirlərimiz tərəfindən irəli sürülmüş ideologiyaya söykənən bu seçim xalqımızın azadlıq və istiqlal məfkurəsinin əsasını təşkil edir.

Bayrağımızın üç rəngindən biri bu seçimlə bağlıdır.

1991-ci ildə 18 oktyabr İstiqlal Günü Azərbaycanın Müstəqillik Aktı qəbul olunarkən azadlıq və demokratiya yolunu xalqımızın gələcək inkişafı üçün əsas istiqamət olaraq qəbul etdik.

Bu seçim ölkənin Konstitusiyasında da, Milli Təhlükəsizlik Konsepsiyasında da əks olunub.

İndi kimlərsə hakimiyyətlərini qorumaq, təsir imkanlarlnl artırmaq naminə bu seçimdən yayınmaq xətti götürəcəklərsə, bilməlidirlər ki, bu mümkün olmayacaq.
Biz buna yol verməyəcəyik. Müsavat Partiyası, Azərbaycan xalqı buna yol verməyəcək!

bastainfo.com

Добавить комментарий