Arif Hacılının Avropa rəsmiləri ilə görüşü əngəlləndi

Avropa İttifaqının təmsilçilərini Azərbaycana buraxmadılar

Müsavat Partiyasının başqanı Arif Hacılının senyabrın 19-da Avropa Şurasının rəsmisi, Avropa Parlamentinin ALDE fraksiyasının vitse-prezidenti Pavel Teliçka  və onu müşaiyət edən nümayəndə heyəti ilə görüşü baş tutmayacaq. Müsavat Partiyasında “Basta”ya verilən məlumata görə, buna səbəb hakimiyyətin bu səfəri əngəlləməsi olub.

Pavel Teliçka Bakıya səfəri çərçivəsində bir sıra rəsmi şəxslərlə, o cümlədən, hökumət və parlament nümayəndələri ilə də görüşmək niyyətində olduğunu, lakin rəsmi Bakının əvvəlcədən planlaşdırılan bu görüşü əngəllədiyini açıqlayan bəyanat yayıb. Bəyanatın mətni ilə bu linkdə tanış ola biilərsiniz: http://www.telicka.eu/novinka/en/730/azerbaijani-authorities-cancel-official-part-of-mep-telicka%E2%80%99s-visit/#novinky

Qeyd edək ki, Müsavat Partiyası Beynəlxalq Liberal İttifaqın (ALDE) üzüvüdür. Müsavat başqanı Arif Hacılı iyun ayında Avropa İttifaqına səfəri çərçivəsində Pavel Teliçka ilə də görüşüb. Teliçkanın Bakıya səfəri də məhz bu görüşdə razılaşdırılıb.  Xatırladaq ki, Avropa Parlamentinin Azərbaycanda insan haqlarının durumu ilə əlaqədar son qətnamə layihəsinin müəllifi də ALDE qrupu olub.

bastainfo.com

 

Добавить комментарий