Arif Hacılının təklifi Ukraynada rezonans doğuru

Müsavat başqanı Arif Hacılının Türkiyənin də iştirakı ilə GUAM birliyi təşəbbüsünün yenidən canlandırılması təklifi Ukrayna mətbuatında ciddi rezonans doğurub. Ukraynanın 10-dan artıq xəbər portalı bu təşəbbüs haqqında məlumat yayıb. Bu məlumatı yayan əksər saytlar xəbərin mənbəyi olan «Basta»ya istinad ediblər.

«Azərbaycan müxalifətinin lideri Arif Hacılı hesab edir ki, Türkiyə ilə Rusiya arasında yaranan qərginlikdən qonşu ölkələr öz maraqları üçün yararlana bilər. Konkret olaraq Arif Hacılı Gürcüstan, Ukrayna və Azərbaycan və Moldovanın bu təşəbbüsü bərpa etməklə Türkiyəyə dəstək ola biləcəklərini açıqlayıb», — deyə, Ukraynanın «Vector news» agenliyi məlumat yayıb.

bastainfo.com

Добавить комментарий