ATƏT seçkiləri 380 nəfərlə müşahidə edəcək

Hakimiyyət müşahidəçilərin sayının çoxluğundan narahatdır; rəsmi Bakı 131 nəfər müşahidəçi arzulayır
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək 2015 noyabrın 1-də parlament seçkiləri ilə bağlı qiymətləndirmə missiyası hesabatını hazırlayıb.
ATƏT-in məlumatına görə, qiymətləndirmə missiyasının ilkin hesabatının məqsədi ənənəyə uyğun olaraq seçkiqabağı mühit və hazırlıq işləri, seçkiqabağı fəaliyyəti qiymətləndirmək idi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək 30 uzunmüddətli müşahidəçi, 350 isə qısamüddətli müşahidəçi göndərəcək. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.
Artıq rəsmi Bakı müşahidəçilərin sayına etiraz edib. Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi vasitəsilə ortaya qoyub. Daimi Nümayəndəlik ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “DTİHB-nin özünün təcrübəsinə və seçkilərə müşahidə metodologiyasına zidd olaraq Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur. Daimi nümayəndəlik Azərbaycan hakimiyyətinin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirərək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT/DTİHB müşahidəçisini qəbul etməyə hazır olduğunu təsdiqləyir”.
Qeyd edək ki, rəsmi Bakının bundan öncə ATƏT-ə müşahidəçilərin göndərilməsilə bağlı rəsmi dəvət göndərib. Ekspertlərin qənaətinə görə, hakimiyyət ATƏT-in seçkiyə bu qədər müşahiəçi göndəricəyini gözləmirmiş. Onu da vurğulayaq ki, rəsmi dəvət göndərən ölkəyə ATƏT neçə müşahidəçini göndərəcəyini özü müəyyənləşdirir.

bastainfo.com

Добавить комментарий