Avropa sərhəddimizə yaxınlaşdı: Gürcüstan şengenə daxil olur

Avropa Komissiyası Ukrayna ilə Gürcüstanın Şengen zonasına vizasız gediş-gəliş üşün bütün tələblərə cavab verdiklərini deyir.

Bu ölkələrə qarşı viza rejimi artıq gələn ildən qaldırıla bilər.

Komissiya dekabrın 18-də bəyan edib ki, yekun qərarı indi Avropa Birliyi ölkələri ilə Avropa Parlamenti verməlidir.

Amma Brüsseldəki mənbələr deyir ki, Avropa Parlamenti müsbət qərar versə də bir sıra üzv ölkələr buna qarşı çıxa bilər.

Almaniya başda olmaqla bir neçə ölkə hesab edir ki, bu miqrant axınının artmasına səbəb ola bilər. Bununla belə, prosedurların həll ediləcəyi və Ukrayna ilə Gürcüstanın şengen zonasına daxil olmasının qaçılmaz olduğu artıq bəllidir. Bu saatlarda qonşu gürcü xalqı demokratiya sahəsində növbəti uğurunu bayram edir.

Bastainfo.com

Добавить комментарий