Bravo Türkiyə! Krıma yük daşıyan Rusiya maşınları yarı yolda qaldı

Türkiyədən Krıma yük aparan fura maşınları yarı yolda qalıblar. Səbəb – Türkiyə paromlarının Rusiya dövlət nişanı olan yük maşınlarına xidmət göstərməkdən imtina etməsidir. TASS məlumat verir ki, 30 fura və onların sürücüləri dünəndən limanda qalıblar.

Məlumatda bildirilir ki, noyabrın 30-da Rusiyanın “Varyaq” paromu sürücüləri və furaları sərhəddən keçirmək üçün Qara dənizin Türkiyə sərhəddinə üzəcək. Bu, Rusiya gəmisinin Türkiyəyə son səfəri olacaq!

Bu məlumat Ukrayna mətbuatında “Bravo Türkiyə!” başlığı ilə yayımlanıb. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə əleyhinə bir sıra sanksiyalar tətbiq edib. O cümlədən, Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsini və Türkiyənin kənd təsərrüfatı məhsullarının alışını məhdudlaşdıran sərəncamlar imzalayıb.

bastainfo.com

Добавить комментарий