Buna nail olunmasa Azərbaycan iqtisadiyyatını ciddi problemlər gözləyir

Politiloq Mayis Güləliyev: «Məmur sayının azaldılması çıxış yolu deyil»

«Azərbaycanda yaranan və gələcəkdə yarana bilən mənfi tendensiyaları aradan qaldırmaq üçün məmur sayının azaldılması çıxış yolu deyil!». FaktXəbər-in verdiyi məlumata görə, politoloq Mayis Güləliyev neftin qiymətinin aşağı düşməsi ilə bağlı  yaranan problemlərə münasibət bildirərkən belə deyib.
Onun sözlərnə görə, əsas problem son 8 ildə məcmu tələbin kəskin surətdə məcmu təklifi üstələməsidir.
«Bu problemi həll etməyin əsas yolu isə təklifi təcili artırmaqdır! Amma idxal hesabına yox, daxili istehsal hesabına! Buna yaxın 2-3 ildə nail olunmasa, Azərbaycan iqtisadiyyatını ciddi problemlər gözləyir!», — deyə proqnoz verib.
Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Mayis Güləliyev bununla bağlı fikrini ifadə edərkən bildirib ki, bu, ABŞ-da və dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə dollara münasibətdə inflyasiyanın az olacağı deməkdir: «Bundan başqə yeni qərarla dollar daha da möhkəmləndi! Həmçinin dollara nisbətən “üzməkdə olan” və ya “batmaqda olan” digər milli valyutalar daha təhlükəli vəziyyətə düşdü!»
«ABŞ dünyanı DOLLARLA beləcə idarə edir!», — deyə politoloq son olaraq vurğulayıb.

 

 

bastainfo.com

Добавить комментарий