Cavid Qurbanov görüş keçirdi — məktəblər bir günlük bağlandı

123 saylı Kəlbəcər seçki dairəsindən hakimiyyətin deputatlığa namizədi Cavid Qurbanov bu gün Voleybol Federasiyasının idman zalında kəlbəcərli seçicilərlə görüş keçirib. Bu haqda “Basta”ya Müsavatın seçkilərdə səlahiyyətli nümayəndəsi Akif Həsənov məlumat verib.

Akif Həsənov bildirib ki, həmin görüşə görə bu gün kəlbəcərlilərin təhsil aldıqları orta məktəblər bağlanılıb: “Bakıdakı bir çox məktəblərdən, xüsusən Binəqədidəki məktəblərdən müəllimləri məcburən görüşə aparıblar. Cavid Qurbanov Voleybol Federasiyasının rəhbəri olduğu üçün hamını avtobuslarla ora aparıblar. Görüntü üçün Kəlbəcər seçki dairəsinə aidiyyatı olmayan bəzi şairləri və universitet müəllimlərini də ora toplayıblar. Müəllimlər görüşə aparıldığı üçün, bu gün kəlbəcərli uşaqların təhsil aldıqları məktəblərdə dərs olmayıb”.

bastainfo.com

Добавить комментарий