Çingiz Əsədullayevlə Eldar Mahmudovun rəzil duruma saldığı ailə

Sabiq nazirin və qohumunun müflis etdiyi sahibkarın xanımı prezidentdən kömək istəyir; 18 milyon manat dəyəri olan Sumqayıt Ağac Emalı Zavodunun Mahmudovun varidatına qatılmasının təfərrüatları…

Ölkədən çıxan sahibkarın xanımı — “bizi bu quldurların əlindən qurtarın!” deyir
“Azərqazbank”dakı brilyant əməliyyatı haqda məlumat vermişdik. İş adamı Maqsud Mahmudov banka girov qoyduğu brilyantların şüşə ilə əvəzləndiyini, özünün isə MTN-ə çağırılaraq hədələndiyini, üstəlik 30 min dollar ondan pul alındığını da açıqlamışdı.
Bundan sonra adıçəkilən bankda qanunsuzluqla üzləşmiş sahibkar Haqverdi Məmmədovun həyat yoldaşı Elmira Məmmədova redaksiyamıza müraciət edərək başlarına gətirilən müsibətlərin ictimailəşdirilməsini xahiş edib. Onun video müraciəti ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
“Sumqayıt ağac emalı” ASC-nin onun ailənindən alınması haqda prezidentə ünvanladığı, surətini redaksiyamıza təqdim etdiyi müraciətində E.Məmmədova yazır: “Bizim həyatımızı məhv edən ”AGBank»ın rəhbəri, eks deputat Çingiz Əsədullayevdir. Biz təkcə mülkünü itirən sahibkarlardan deyilik, biz hər şeyi əlindən alındıqdan sonra borcla taleyin tərs üzünə buraxılmış və dincliyini, evini, ev əşyalarını da itirmiş bir sahibkar ailəsiyik.
 
2005-2006-cı illərdə  ailəmizin sahibkarlıq fəaliyyətini gücləndirmək üçün hər şeyimizi topladıq, üstəlik borca da girərək “Sumqayıt ağac emalı” ASC-yə 1 milyon 500 min manat vəsait yatırdıq. Oğlanlarımız Samir və Rauf Məmmədovların adına müəssisənin birlikdə təxminən 45 faiz səhmlərinə sahib olduq, müəssisəyə rəhbərlik edən həyat yoldaşım Haqverdi Məmmədov isə onun işini gücləndirdi. 150 nəfərdən çox adamın çalışdığı bir şirkətə çevirdi. Üstəlik uğurlu işi davam etdirmək üçün biznes plan hazırladı. Xaricdən yeni avadanlıqları gətirməyə qərar verdi. Bu layihəni gerçəkləşdirmək üçün kredit lazım idi deyə “AGBank”a müraciət edildi. Müəssisə kredit alındığı ərəfədə 12 milyon manat dəyərində qiymətləndirildi. Üst-üstə 5 milyon manat kredit limiti ayrıldı. Müəssisə işini daha da gücləndirdi və işin ən parlaq vaxtında banka parket istehsal edən xətt alınmasına kredit ayrılması üçün müraciət edildi. Müəssisə bu dəfə 18 milyon manat dəyərləndirildi. Bankdan bildirildi ki, siz mövcud vəsaitinizlə avadanlığı Almaniyadan gətirin, müəssisənin xammal və iş davamiyyəti üçün tezliklə sizə istədiyiniz məbləğ ayrılacaq».
Eldar Mahmudov sənədləri istəyir və alır

Добавить комментарий