Davudoğlu: Rus pilotun cəsədini qaytaracağıq

Türkiyənin baş nazir Əhməd Davudoğlu Aİ-Türkiyə Zirvəsində iştirak etmək və Aİ Şurasının sədri Donald Tusi ilə Aİ Komissiyasının Prezidenti Yan Klod Juncker ilə görüşmək üçün Brüsselə gedib.
 
FaktXəbər-in «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, Brüsselə getməzdən əvvəl Esenboğa Hava Limanında mətbuat konfransı keçirən Davudoğlu, «Hava məkanı pozulması zamanı dünyasını dəyişən rus pilot, dünən gecə saat 01.45 radələrində sərhədimizdən tərəfimizə təhvil verilib, qəbul olunub. Gecə Hatayda Pravoslav din xadimləri tərəfindən də aparılan işlərlə öz dini ənənə çərçivəsində, cənazə əməliyyatları, dini mərasim keçirilib. Cənazə Rusiyanın tələbindən sonra aparılan danışıqlardan sonra Rusiyaya təslim ediləcək», — deyib.
bastainfo.com

Добавить комментарий