Dolların qiyməti ilə bağlı həlledici qərar veriləcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) mərkəzi bankı – Federal Ehtiyat Sistemi bu ay kredit faizlərini artıra bilər. Bank rəhbərliyi dekabr ayının 15 – 16-da faizlərə dair yekun qərar qəbul edəcək. Valyuta.az saytının xəbərinə görə ABŞ mərkəzi bankının rəhbəri Canet Yellen bu barədə açıqlama verib.

“Amerika iqtisadiyyatı “Böyük Tənəzzül”dən sonra inkişafa doğru kifayət qədər yol qət edib. 2009-cu ilin oktyabr ayında işsizlik həddi 10 faiz idisə, indi bu rəqəm 5 faiz təşkil edir. İqtisadiyyatımızın orta sürətdə inkişafa davam edəcəyini, nəticədə yeni iş imkanlarının yaranacağını gözləyirəm.” – deyə Canet Yellen bildirib.

Hazırda Federal Ehtiyat Sisteminin faiz həddi maksimum 0.25 faiz təşkil edir. Bank rəhbərliyi artıq 2008-ci ildən bu siyasəti dəyişməz olaraq saxlayır.

Добавить комментарий