Ekspret: FES-in qərarı manatın devalvasiyası üçün əsas yaratmır

Gözlənilən dollar qərarı verildi ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib. Xatırladaq  ki, son  9 ildə ABŞ Mərkəzi Bankı ilk dəfə idi ki, uçot dərəcəsinin artırılması haqda qərar verirdi. Düzdür, bu qərarla dünya iqtisadiyyatı hər hansı bir şok yaşamadı. Çünki uçot dərəcələrinin 0,25-dən 0,5-ə qaldırılması gözlənilən idi və demək olar ki, qlobal iqtisadiyyat buna hazır idi.
Lakin gün başlar-başlamaz dollar bahalaşdı, avro isə hegemon ABŞ valyutasına nisbətdə dəyər itirdi. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələrə görə, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-sı ilə müqayisədə 0,04% artaraq 1,0499 manat olub. Avro isə 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.
Azərbaycan ictimai rəyi ikinci devalvasiyaya hazırlayırlar. Elə bir fikir formalaşdırılır ki, ikinci devalvasiyanın səbəbkarı ABŞ-ın məlum qərarıdır. İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, FES-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır: «Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FES qərarının bu tipli təsiri yoxdur, sadəcə, məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FES-in qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FES-in qərarının manata birbaşa təsiri yoxdur».
bastainfo.com

 

Добавить комментарий