Fransa müsəlmanları çəpəki baxışlara dözmək zorunda qalıb

Fransanın müsəlman icması Parisdə törədilən terror aktlarını lənətləyən bəyanat yayıb. İcmanın rəhbəri Kamel Kabtan “Euronews”a müsahibəsində deyib ki, terrorçuların bu cinayəti bütövlükdə bəşəriyyətə qarşı yönəlib. Kamel Kabtan həmçinin terrorçularla müsəlmanlar arasında eyniləşdirmə aparanlara qarşı etirazını bildirib: “Biz izahat vermək, törətmədiyimiz əmələ görə üzr istəmək məcburiyyətində qalmışıq. Biz bəzi insanların çəpəki baxışlarına dözmək zorundayıq”. 

 Qeyd edək ki, Fransanın kütləvi informasiya vasitələrində müsəlman icmasının terrora görə məsuliyyət daşımadığını və onlara kinayəli münasibətin yolverilməz olduğu haqda reportajlar yayımlayırlar.  

bastainfo.com

Добавить комментарий