Gəncədən Naqif Həmzəyevə qarşı ifşaedici bəyanat

YAP-n Gəncə şəhərindən olan deputatı Naqif Həmzəyevin Azərbaycan Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ünvanına dediyi təhqiramiz ifadələr Gəncənin özündə də kəskin etirazla qarşılanıb. Müsavat Partiyasi Gəncə şəhər təşkilatı “Basta”ya deputatın dediklərini kəskin pisləyən bəyanat qəbul edib. Bəyanatda həmçinin Naqif Həmzəyevin özünün siyasi fəaliyyəti haqqında ifşaedici ittihamlar əksini tapıb.

“N.Həmzəyev Gəncə şəhərində əqidəsini və mövqeyini tez-tez dəyişən, situasiyanın dəyişməsindən asılı olaraq «dondan-dona» girən birisi kimi taninir! O, bir vaxtlar Nurçu olmuş, mövqe sahibi olan bir nazirin adamı idi, nazir iflasa uğradıqdan sonra isə daim əks təbliğatını apardiğı YAP-n üzvü və Gəncə şöbəsinin sədri ola bilmişdir! N.Həmzəyevin necə millət vəkili olması da Gəncəlilərə məlumdur! Müsavat partiyasinin Gəncə şəhər təşkilati N.Həmzəyevin M.Ə.Rəsulzadə ilə bağlı bu davranışının yolverilməz olduğunu bəyan edir və hüquqi müstəvidə araşdırılmasını və cəzalandırılmasını tələb edir!”, — deyə bəyanatda vurğulanır.

bastainfo.com

Добавить комментарий