Gənclər polis təzyiqi ilə üzləşdi

Dünən Suraxanı rayonu ərazisində  Müsavat Partiyasının təbliğat plakatını yapışdıran gənclər Akşin Rəhmanov və Tərlan Cabbarov polis təzyiqi ilə üzləşiblər.

Bu haqda “Basta”ya Müsavatın mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, Akşin Rəhmanov və Tərlan Cabbarov plakat yapışdırarkən polis onları görüb və izləməyə başlayıb. Suraxanı rayonunun Günəşli ərazisində yol kənarındakı növbəti təbliğat lövhəsinə plakat yapışdırarkən isə maşından düşən iki polis əməkdaşı əvvəlcə gəncləri təhqir edib, sonra isə onları polis maşınına otuzdurublar.

Maşında gənclərə hədə-qorxu gələn polislər, onları Günəşli ərazisindən çıxarıblar, Günəşliyə yenidən qayıdacaqları və plakat yapışdıracaqları halda, onları polis idarəsinə aparıb həbs edəcəklərini bildirdilər.  

bastainfo.com 

Добавить комментарий