İcra nümayəndəsi evi yanan sakindən nə umur?

Redaksiyamıza Şəki rayonu Baş Küngüt kənd sakini Yusibova Nurayə Əbulhəsən qızının şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 23 dekabr 2015 ci il  tarixdə onun ailəsinə məxsus iki mərtəbəli ümumi sahəsi 800 kvadrat metr olan ev içindəki bütün əşyalar və sənədlərlə birlikdə yanıb kül olub: “İmkanı çatan hər kəs dərdimizə şərik olmağa çalışır, maddi və mənəvi dəstək verirlər. Yerli icra nümayəndəsi Məmmədov Kazım Bəlyar oğlu isə dərdimizin üstünə dərd yükləyir”.

Nurayə Yusibovanın yazdığına görə, yanmış ev və sənədlərlə bağlı icra nümayəndəsindən arayış  ala bilmirlər: «Şəki icra hakimiyyətində işləyən şöbə müdiri Rəfayıl Mənəfova arxayın olan Kazım Məmməıdov özünü kor xəlifə hesab edir. Mən rəsmi olaraq Kazım Məmmədovun işində yol verdiyi bu və digər cinayət faktları ilə bağlı Şəki prokuroruna, Şəki icra hakimiyyətinə müraciət etmişəm. Çox qəribədir ki, Kazım Məmmədovla bağlı şikayətlər Şəki icra hakimiyyətinə ümumiyyətlə çatmır, çatsa da şöbə müdiri Rəfayıl Mənəfov tərəfindən baxılmasına imkan verilmir. Belə görünür ki, Kazım Məmmədovun saxta torpaq kartları vasitəsilə büdcədən oğurladığı pulların rolu böyükmüş. Kənd sakinlərini daim polis təhdidi altında saxlayan Kazım Məmmədov cəzasız qalacağında tam əmindir. Mən isə inanıram ki, qanun hər şeydən üstündür, nəhayət Kazım Məmmədova da “dur” deyən olacaq”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bastainfo.com

Добавить комментарий