İstiqlalçı millət vəkili seçkiyə qatıldı

Məryəm Həsənova 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü

Müsavat Divanının bugün keçirilən toplantısında Məclis üzvü, istiqlalçı millət vəkili Məryəm Həsənovanın deputatlığa namizədliyi irəli sürülüb. Bu haqda Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı «Basta»nın əməkdaşına bildirib. Məryəm Həsənova 54 saylı Şabran-Siyəzən seçki dairəsindən seçkiyə qatılacaq. Xatırladaq ki, Məryəm Həsənova Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin öncüllərindən biri, əfsanəvi «Demblok»un üzvü olub.

Qeyd edək ki, bundan öncə Müsavat Məclisi 70-dən artıq seçki dairəsindən namizədlərin siyahısını təsdiqləyib, digər dairələrdən də namizədləri müəyyənləşdirmək üçün Divana səlahiyyət verib. Müsavatçı namizədlərin əksəriyyəti artıq seçki sənədlərini DSK-lara təqdim ediblər. 

 bastainfo.com

Добавить комментарий