Kərimlilərin fərqli baxışları

AXCP-nin qurultayına dair subyektiv qeydlər

Nemət Kərimli

Keçən il bu günlər Müsavat Partiyası  qurultayına hazırlaşırdı. Bu hadısə istər partiyadaxili, istərsə cəmiyyətinn aktiv təbəqəsində, istərsə də hakimiyyət çevrələrində canlanma, ajiotaj yaratmışdı. Səbəb çox sadə idi:

1) Stabil, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq parçalanmaya məruz qalmayan, prinsiplərində daim ardıcıl olan  bir qurum özünün ali orqanının yığıncağına yığışırdı.

2) Müsəlman  aləmində çox nadir halda baş verən, lakin demokratin qurumlar üçün çox adi olan bir hadisə baş verirdi — birinci şəxs könülül olaraq, hətta getməsi əleyhinə etirazlara baxmayaraq statusundan imtina edirdi. İsa Qəmbər Nizamnamayə, sivil qaydalara uyğun olaraq   səlahiyyət müddəti başa çatdığından  namizədliyi vermir, bütün cəhdləri rədd edirdi.

3) Azərbaycan tarixində 1918-ci il Parlament seçkiləri, 1992-ci il Prezident seçkilərindən sonra daha da təkmülləşdirilmiş, azad vəədalətli seçkinin keçirilməsinə hazırlıq gedirdi. Başqanlığa, Məclis üzvlüyünə,  nəzarət təvtiş komissiyalarına hamı üçün (üzvlər) bərabər və ümumi qaydada namizədlər irəli sürülmüş, təbliğat və təşviqat dövrü gedirdi. Müsavat hakimiyyətə və ümumiyyətlə seçkidən qorxanlara azad seçkinin necə keçirtməyin mümkünlüyünü və vacibliyini diktə edirdi. Bu hal hər bir insana öz rakursundan təsir etdiyindən, bu təsir qüvvərəri eloktratı “həyacanlandırırdı”.

Yenə bu ilin həmin günündə-sentyabrın 27-də AXCP qurultay keçirir, lakin bu hadisə cəmiyyətdə təsir effekti yaratmır. Səbəbi isə indiki sədrin namizədliyini verməyəcəyi barədə ümüumiyyətlə bir xəyalın belə olmaması və seçkinin yalnız görünüş, prosedura, səsvermə xətrinə keçirilməsidi.   

AXCP tarixində ilk dəfə olaraq Sahib Kərimlinin sədrik postu uğrunda könüllü, səmimi mübarizəyə başlaması qurultay olacağını yada salır. Alternativ namizədin son açıqlamaları və təklifləri isə populizmdən uzaq, ağıllı, reallığın nədən ibarət olmasını əks etdirir. Bütün bunlar Sahib bəyi partiyada gerçəkliyin anlanması, demokratik təvəkkürə malik olması baxımından başqalarından açıq-aydın fərqləndirir. Qurultay nümayəndələrinin seçilməsi üçün keçirilən konflrans dövrü üzvlərin həqiqi mübarizə aparacaq  alternativ namizədin olmayacağı təsəvvüründə baş verdiyindən, əlbəttə ki, bütün seçkilər öz-özlüyündə bir nəfərə hesablanıb.  Artıq Sahib bəy qurultayın maraqlı, partiyanın gələcəkdə daha effektli fəaliyyət göstərməsi, seçkinin azad vəədalətli olması üçün təkliflər səsləndirir və Kərimlilərin ən azı partiyadaxili demokratiyaya baxışında ciddi fərq ortaya çıxır.

Seçkinin azad olması üçün ən birinci şərt onun gizliliyi prinsipi, ədalətli olması üçün say komissiyasının formalaşdırma qaydasıdır. Əlbəttə azad vəədalətli  seçkidən danışdıqda bərabər, ümumi, birbaşa, təşviqat və təbliğatın maneəsiz həyata keçirilməsi şərtləridə vacibdir. AXCP qurulyatayında gözlənilən seçkilər buna cavab vermədiyindən, onun azad vəədalətliyindən danışmaq yersizdi.

Qurultayda sədrin hesabat çıxışında, istərsə də ayrı-ayrı çıxışlarda ölkədə seçki mühütün olmaması səslənəcək,  qətnamədə, qərarlarda hakimiyyətdən bunlar tələb ediləcək. Aşıq və ya üstüörtülü şəkildə 1 noyabr parlament seçkilərində iştirak edənlər satqın, hakimiyyət nümayəndələri elan ediləcək.  Bunlar isəən azı 2 sual doğurur;

1. Özün azad vəəsdalətli seçki keçirmədən, sədrlik postunu daimi mülkiyyətin hesab etdiyin halda, İlham Əliyevdən bunlıarı tələn etmək nə qədər səmimi və vicdanlıdır?

2. AXCP qurultayındakı seçkilər  azad vəədalətli olmadığı üçün, seçki prosesində iştirak edənlər (hal-hazırda müfaviq seçkili orqanlarda təmsil olunmayanlar) satqın, hakimiyyət nümayəndələridimi?

Belə yerdə deyiblər — Özünə umac ova bilmir, başqasına əriştə kəsir.

Добавить комментарий