Kredit götürənlərin sayı azalıb

Azərbaycanda banklardan ilk dəfə kredit götürənlərin sayı son bir neçə ildə ən aşağı həddə düşüb.

«Basta» xəbər verir ki, iyul ayında yeni kredit almaq üçün banklara müraciət edənlərin sayı cəmi 15 191 nəfər təşkil edib. Xatırladaq ki, buna qədər həmin göstərici ayda 20 mindən az deyildi. 2014-cü ili n avqust-sentyabr aylarında isə 30-37 minə qalxmışdı. Kredit götürənlərin sayının kəskin azalması həm bankların şərtləri sərtləşdirməsi ilə, həm də əhalinin artıq lüzumsuz kreditləri götürmək istəməməsi ilə bağlıdır.
Ümumiyyətlə, 7 ayın yekunlarına görə, MKR-də 2 milyon 472,3 min borcalan haqqında məlumat var. Son bir ildə kredit götürənlərin sayı 308 min və ya 14,2% artıb. Borcalanların 2 milyon 438,3 mini və ya 98,6%-i fiziki şəxslərdir. Kredit götürən hüquqi şəxslərin sayı 11 min, sahibkarların sayı isə 23 mindir. Son 1 ildə kredit götürmüş fiziki şəxslərin sayı 14,2%, hüquqi şəxslərin sayı 5,2%, iş adamlarının sayı 24,3% artıb.

Bastainfo.com

Добавить комментарий