“Kredit şərtləri yüngülləşdirilməlidir”

Misir Məhəmmədoğlu: “Bankla müştəri arasında olan müqavilənin əksər bəndləri bankın maraqlarına xidmət edir”

Banklarla vətəndaşlar arasında bağlanan kredit müqavilələrinin şərtləri dəyişdirilməlidir.

u sözləri “Basta” əməkdaşı ilə söhbətində Müsavat Partiyasının iqtisadiyyat komissiyasının sədri Misir Məhəmmədoğlu söyləyib.

Azərbaycanda az sayda ailə tapmaq olar ki, respublikamızda fəaliyyətdə olan banklardan kredit borcu götürməsin. Bəs görəsən vətəndaşla banklar arasında bağlanan kredit müqavilələri daha çox hansı tərəfin maraqlarına uyğundur?

Bu sualı cavablandıran Misir Məhəmmədoğlu bildirdi ki, hazırda banklar verdikləri kredit burcunun illik faizini ən yaxşı halda 22 faizden hesablayır: “Bu, Avropa ölkələrinin öz vətəndaşlarına verdiyi kredit faizindən 10 defe çoxdur. Başqa bir fakt – fəaliyyəti Milli Bank tərəfindən tənzimlənən müxtəlif kommersiya bankları müştərilərə fərqli müqavilə şərtləri təqdim edirlər. Məsələn, vətəndaş «Access Bank» dan götürdüyü 5000 dollar üçün (artıq Kapital Bankı çıxmaq şərtilə başqa banklar manatla kredit verməyi dayandırıblar) 50 dollar komissiya xərci ödəməlidir. Bu məbləğ heç də bütün banklarda eyni deyil. Yaxud banka borclu olan müştəri bankdan götürdüyü pulun bir hissəsini qaytararaq, əsas borcdan sildirmək istədikdə, bank işçisi bunu müqavilə pozuntusu kimi dəyərləndirərək, imtina edir, nəticədə uduzan yenə müştəri olur. Bankla müştəri arasında olan müqavilənin şərtlərinə baxdıqda, əksər bəndlərin kredit götürənin deyil, banka xidmət etdiyinin şahidi olursan. Məsələn, əgər müştəri götürdüyü məbləği 10 gündən sonra geri qaytarsa belə, yenə də xidmətdən istifadə etmədiyi iki ayın faizini də ödəməli olur. Bu, müqavilələrdə əksini tapmış ədalətsiz bir şərt kimi qiymətləndirilməlidir. Bağlanmış müqavilələrdə borc alanın üzərinə bir çox bu tipli öhdəliklər qoyulur ki, bu da bankların maraqlarına xidmət edir”.

İqtisadçı-ekspert hesab edir ki, vətəndaş bankla ağır şərtlər əsasında olsa belə razılaşıb kredit götürməyə məcburdur: “Aztəminatlı ailələr müxtəlif təyinatlı kreditlər götürüb öz ehtiyaclarını ödəmək məcburiyyətində qalırlar. Sonda qazanan yenə bank olur. Milli Bankın kredit siyasəti yenidən işlənməli, vətəndaşların banklarla bağladıqları kredit müqavilələrinin şərtləri borc götürənin xeyrinə yüngülləşdirilməlidir”.

bastainfo.com

Добавить комментарий