«Məni öldürün, qohumlarıma dəyməyin!»

Valeh Hümmətoğlundan tük ürpədən açıqlama

Müsavat Partiyasından deputatlığa namizəd Valeh Hümmətoğlu yaşadığı Salyan rayonunda görünməmiş təzyiqlərlə üzləşib. Xəbər verdiyimiz kimi, ötən həftə onun qohumlarına məxsus olan və 5 ailənin dolanışıq yeri olan obyekti bağlatdırıblar.

Namizəd ona qarşı ritorikanın sərtləşdiyini bildirib. Valeh Hümmətoğlunun öz namizədliyini “könüllü” şəkildə geri götürməsinə çalışanlar, ona “dostcasına” hədə gələrək “Namizədliyini geri götürürsən, ya yox?” sualını ünvanlayıblar. Deputatlığa namizəd “onun qayğısına qalanlara” verdiyi cavabı özünün facebook səhifəsində də açıqlayıb.

“Mən onlara dedim ki, bu mübarizədə qanımı halal eləmişəm. Nə eləyirlər, eləsinlər. Ancaq kişi kimi — özümə. İstər şərləsinlər, istər həbs etsinlər, qorxum yox. Ancaq özümə nə etsələr, halal edirəm. Yox, qohumlarıma, yaxınlarıma problem yaratsalar — Avropa Məhkəməsinə qədər varam. Biz düz yoldayıq, dostlar”, — Valeh Hümmətoğlu vurğulayıb.

bastainfo.com

Добавить комментарий