Məşədi Natiq Kərimov MTN agentidir?

İstintintaq sirlərinin  mediaya sızmasının nə dərəcədə qanunsuz olduğunu hər birimiz gözəl bilirik. Bəs necə olur Nardaran hadisələri ilə bağlı bütün istintaq materialları yayilir? 

 Respublika Prokurorluğu ilə DİN-in bir məlumatlarında istintaq sirri kimi qəbul oluna biləsi məlumatlar açıq şəkildə bəyan edilib. Məsələn, artıq Taleh Bağırzadənin ölkədə şəriyyət dövləti yaratmaq haqqında çağırış etdiyi, onun həbsi üçün Nardarana gedən polislərin avtomatla qətlə yetirildiyi bəyan edilib. Axı bunlar hələ sübuta yetirilməyib?! Taleh Bağırzadənin təqsirsizlik prezumpsiyası pozularaq, onun cinayətkar olması haqqında televiziyalarda və başqa mediada yayımlanıb. Artıq neçə gündür ki, Taleh Bağırzadınin və onun əqidədaşları az qala terrorçu kimi qələmə verirlər. Bəs məhkəmə olmayacaq?! Məhkəmədən əvvəl bu rəsmi bəyanatlar verilirsə, onda məhkəmə nə üçündür?! 

 Qəribədir ki, istintaq sirrinin yayılmasına görə məsuliyyətin başqa şəxslərin üzərinə atılmasına cəhd edilir. 

Məsələn Nia.az saytı belə bir xəbər paylaşıb: «Son vaxtlar Nardaran qəsəbəsində keçirilən əməliyyatlar zamanı aparılan müşahidələr onu göstərir ki, jurnalistlərə açıqlama verməyə can atan, ortalıqda olan, fəallıq göstərən şəxs yalnız özünü kəndin ağsaqqalı kimi təqdim edən Məşədi Natiq Kərimovdur. O mütəmadi jurnalistlərə açıqlama verir, özünü qəsəbədə guya sözü keçən şəxs kimi təqdim edir, bəzi hallarda daha da irəli gedərək hökumət üzvləri ilə “danışıqlara” gedə biləcəyinə dair absurd fikirlər səsləndirir. Mənbə bildirir ki, Natiq Kərimovun xüsusi “fəallığı”, “canfəşanlıq” göstərməsi hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etmiş, onun haqqında araşdırma aparılarkən sensasiya doğuracaq ciddi faktlar aşkar edilmişdir. Müəyyən edilmişdir ki, onun bu “canfəşanlığı” heç də səbəbsiz deyil. Məlumatlara görə Natiq Kərimov uzun illərdir ki, MTN-nin hal-hazırda həbs olunmuş yüksək rütbəli əməkdaşlarından birinin iradəsinin təsiri altında olmuş, onun diqtəsi ilə hərəkət etmişdir. Kənddəki ümumi vəziyyət, ərazidə gündəlik baş verənlərlə bağlı həmin şəxsi mütəmadi məlumatlandırmışdır. “Xidmətlərinin” əvəzində isə həmin yüksək rütbəli şəxsin vasitəsilə kənd ərazisindəki cinayətkar şəxslərin, narkotikə meylli sakinlərin azadlıqda qalmasına, məsuliyyətdən yayınmasına nail olmuşdur. İndi isə “xidmət” etdiyi şəxs həbs olunduğundan Natiq Kərimov çıxılmaz vəziyyətdə qalmışdır, ona görə də jurnalistlərə müsahibəsində tez-tez günahı olan şəxslərin, xüsusilə də silah saxlayan sakinlərin qanuna tabe olmalarının vacib olduğunu bildirir, günahları varsa cəza çəkməli olduqlarına dair qeyri səmimi fikirlər səsləndirir. Mənbənin bildirdiyinə görə Məşədi Natiq Kərimov əldə olunmuş faktlarla bağlı artıq 4 dekabr 2015-ci il tarixində çağırılaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilmişdir».

Sual olunur, Natiq Kərimov istintaq sirrlərini hardan bilir?! Axı o, nə müstəıntiq, nə prokuror, nə də vəkildir?! Hətta Natiq Kərimov istintaq sirrlərini yaymış olsaydı belə, bunun məsuliyəti yenə istintaqda iştirak edənlərin üzərinə düşməli idi. Deyilir ki, «Natiq Kərimov MTN-nin hal-hazırda həbs olunmuş yüksək rütbəli əməkdaşlarından birinin iradəsinin təsiri altında olmuş, onun diqtəsi ilə hərəkət etmişdir». MTN cinayətkar dəstə üçün yuvaya çevrilmişdisə, bunun məsuliyyəti də, tutalım elə MTN-lə əməkdaşlıq edən Natiq Kərimovunmu üzərinə düşür?! İndi də televiziyalar Nardaranlı camaatı adından danışmaq üçün niyə yalnız Natiq Kərimova efir verirlər?!  

bastainfo.az

Добавить комментарий