Metro kartlarına gedişhaqqı yüklənməsi dayandırıldı

Bu gündən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi dayandırılıb.
“Basta” xəbər verir ki, bir müddət öncə Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb.
“Bakı Metropoliteni” rəhbərliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, sərnişinlər girov dəyəri və gediş haqqını “Bakıkart”a transfer edə bilərlər.
“BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.

Bastainfo.com

Добавить комментарий