Meydan TV-nin əməkdaşından hələ də xəbər yoxdur

Dünən sentyabrın 16-sı günorta saatlarında polis orqanları tərəfindən saxlanıldığı ehtimal olunan Meydan TV media qurumu ilə əməklaşlıq edən jurnalist Şirin Abbasov barədə hələ də bir məlumat yoxdur. Onun telefonuna zəng catmır. Rayonda yaşayan valideynlərinin də jurnalist barədə məlumatı yoxdur. Həmkarları Abbasovun yoxa cıxması barəsində  DİN-nin 102 xidmətinə məlumat  versə də, hələ bir nəticə yoxdur.

Xatırladaq ki, Meydan TV media qurumu ilə əməklaşlıq edən digər  jurnalist Aytac Əhmədova cərşənbə günü polis tərəfindən saxlanılaraq 5 saat sonra sərbəst buraxılıb.

Meydan TV-dən aldığımız məlumata görə (saat 00:21) Şirin Abbasov hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. İdarədən bildiriblər ki, yalnız valideynlərinə bu barədə məlumat veriləcək: «Sabah valideynləri şəxsiyyət vəsiqəsini götürüb gəlsinlər, məlumat verək».

Добавить комментарий