MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bugün keçirilən iclasında Milli Məclisə seçkilərdə siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Müsavatın Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlının “Basta”ya verdiyi məlumata görə,   MSK-nın iclasında Müsavat Partiyasının təqdim etdiyi 64 səlahiyyətli nümayəndə, eləcə də maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr qeydə alınıb.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasından (YAP) 2, Ümid Partiyasından 22, Milli Dirçəliş Hərəkatı Partiyasından 18, Ana Vətən Partiyasından (AVP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 17, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) 8 səlahiyyətli nümayəndə qeydə alınıb.

bastainfo.com

Добавить комментарий