Müsavat başqanı Avropa Parlamenti qətnaməsinə münasibət bildirdi

Hökumətin daxili və benəlxalq siyasəti iflasa uğrayıb.

Avropa Parlamenti qətnaməsinin məzmunundan aydın olan odur ki, Azərbaycan hakimiyətinin təcrid olunması siyasəti gücləndiriləcək.

Bu şəraitdə Azərbaycan hakimiyyətinin atacağı addımları da proqnozlaşdırmaq çətin deyil. Bütün Avropa qərəzli, erməni agenti, islam düşməni və s. elan ediləcək.

İqtidar yetkililəri nəhayət anlamalıdır ki, bu çıxış yolu deyil.
İndi Dünya Birliyi dövlətlərini hədəfə almaq yox, belə vəziyyətin və belə münasibətin yaranmasına gətirib çixaran səbələri aradan qaldırmaq lazımdır.

Siyasi sahədə:
Bütün siyasi məhbusların azadlığa buraxılması, söz mətbuat, ifadə, sərbəst toplaşma azadlıqlarının, bərabərhüquqlu siyasi rəqabət şəraitinin təmin edilməsi ilə başlanan «siyasi mülayimləşmə dövrü» nə keçid.

İqtisadi sahədə:
Monopoliyaya, korrupsiyaya, kömrük, vergi sistemlərində özbaşınalığa son qoyulması, liberal iqtisadi münasibətlərin qurulması üçün digər islahatların aparılması vəziyyəti qismən də olsa, dəyişdirə bilər.

Gözlənilən dərin iqtisadi böhran, siyasi gərginliklər ərəfəsində ölkəni sarsıntılardan qorumaq üçün bunları etmək zəruridir, məcburidir. Başqa çıxış yolu yoxdur.

Добавить комментарий