Müsavat başqanı Razi Nurullayevin təşkilatına münasibət bildirdi

Müsavat başqanı Arif Hacılı Razi Nurullayevin yaratdığı təşkilata münasibət bildirib. Xəbər verildiyi kimi, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev «AXCP» adına iddia edən yeni təşkilat yaradıb. O, həmin təşkilatın əsil AXCP olduğunu, Elçibəyin məhz belə təşkilat arzudığını iddia edib.

Müsavat başqanı Arif Hacılı AXCP adında yalnız bir təşkilat tanıdığını bildirib: “Bu təşkilat öz qurultayını sentyabr ayinin 27 də keçirərək, növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar  Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək».

bastainfo.com

Добавить комментарий