Müsavat başqanı vicdan məhbusunun atasını xəstəxanada ziyarət etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı vicdan məhbusu, partiya başqanının müavini Fərəc Kərimlinin atası, veteran müsavatçı, Laçın rayon təşkilatının sədri və Müsavatın Milli Məclisə seçkilərdə namizədi Raqif Kərimliyə xəstəxanada baş çəkib. Arif bəy öz facebook səhifəsində Raqif bəy barədə fikirlərini bölüşüb:

«Raqif bəylə xəstəxanada görüşdüm. 
Təhlükəli ürək xəstəliyi barədə də adi bir şey kimi danışır. Onda olan inama, iradəyə, daxili tarazlığa heyranam. 
Bu həyatda nə üçün yaşadığını da dəqiq bilir. 
Belə adamlarla birgə olmaq da bir xoşbəxtlikdi. 
Allah qorusun.»

Добавить комментарий