Müsavat başqanı xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Müsavat Partiyasının Başqanı Arif Hacılı Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər birinizə ailə səadəti, xoşbəxtlik və uğurlar arzulayıram.

Qurban bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycan xalqı üçün də əzizdir, müqəddəsdir. İslamın digər müqəddəs bayramları kimi Qurban bayramı da hər kəsi sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir. İnsanları saflaşdırır.

Bu bayram həm də müqəddəs Həcc ziyarətinin həyata keçirilməsi dövrünə aid olduğuna görə müsəlmanlar üçün çox əzizdir.

Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram. Bu müqəddəs gündəki qurbanlarınız, etdiyiniz dualar qəbul olunsun.

Arzu edirəm ki, xalqımız və dövlətimiz üçün edilən dualar Haqqın dərgahında eşidilsin, ölkəmizin və millətimizin problemlərinin həllinə yardımçı olsun.

Əziz həmvətənlər!

Sizi bir daha müqəddəs Qurban byramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Tanrı Sizi qorusun!

 bastainfo.com

Добавить комментарий