Müsavat Divanı 28 Oktyabra növbədənkənar iclasını təyin etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib.

Dairə seçki komissiyalarında müşahidəçi və məşvərətçi səshüquqlu komissiya üzvlərinə vəsiqə verilməsində çətinliklərin yaradılması və digər pozuntuların davam etdiyi vurğulayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqına daxil olan 20 ölkənin səfirləri ilə görüşü barədə məlumat verib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Qazax, Göranboy, Neftçala və Kürdəmir rayon təşkilatlarının fəalları və vicdan məhbusu Yadigar Sadıqlı ilə görüşü barədə məlumat verib.

Divan üzvü Nemət Kərimli vicdan məhbusları – Tofiq Yaqublu və Fərəc Kərimovla görüşü barədə məlumat verib.

Divanda 28 oktyabr saat 13.00-da Divanın növbədənkənar iclasının çağırılması və 14.00-da mətbuat konfransının keçirilməsi qərara alınıb.

Sonda carı məsələlər müzakirə edilib.

26 oktyabr 2015-ci il

bastainfo.com

Добавить комментарий