» Müsavat məhv olur » fikrinə SƏRT REAKSİYA

Müsavat başqanın  müavuni Səxavət Soltanlı Tural Abbaslının » Müsavat məhv olur » açıqlamasına münasibət bildirib. 

Səxavət SoltanlıModerator.az-aaçıqlamasında bildirib ki,  belə deyənlərin hər biri istisnasız olaraq  məhv olublar,  amma Müsavat mütərəqqi dəyərlər uğrunda fəaliyyətini davam etdirir. 

Onun sözlərinə görə, Tural Abbaslı həddindən artıq gənc olduğu üçün bunları bilməyə bilər: «Müsavat Partiyası ölkəni xilas etməyi qarşıya məqsəd qoyub. Dövləti xilas edəcəyik, amma mənəvi intihar edənlərin taleyi yalnız bizdən asılı deyil. Allah onlara da kömək olsun. Müsavata münasibətdə ya məhv olanlar bu ritorikanı seçir, ya da bu ritorikanı seçənlər məhv olur. Bu məsələdə də jurnalistlər araşdırma aparsalar maraqlı mənzərə ilə qarşılaşarlar».

bastainfo.com

Добавить комментарий