Müsavat MSK-nı məhkəməyə verdi

Müsavat Partiyası Apellyasiya Məhkəməsinə Mərkəzi Seçki Komissiyasına qarşı 29 oktyabr 2015-ci il tarixli Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindənm çıxarılmaması ilə bağlı qərarından şikayət edib. Şikayət ərizəsində Ərizəçiyə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Müsavat Partiyasının iddiası qəbul edilməyib.

Məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, müsbət  cavab alınmayacağı təqdirdə bu hüququn pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

 bastainfo.com

 

Добавить комментарий