Müsavat Partiyası Türkiyə xalqına baş sağlığı verir

Bu günlərdə qardaş Türkiyədə dəhşətli terror hadisələri baş verib.

Dünən Dağlıcada 16 əsgərin, bu gün isə İğdırda azı 12 polis əməkdaşının terror nəticəsində şəhid olması Türkiyə Cümhuriyyətini və bütün dünyanı sarsıdıb.

Müsavat Partiyası bu terror hadisələrini qətiyyətlə pisləyir, Türkiyə hakimiyyətini terrora qarşı mübarizəni daha da gücləndirməyə və terror mərkəzlərini məhv etmək istiqamətində təsirli tədbirlər görməyə çağırır.

Müsavat Partiyası adından şəhid ailələrinə və Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların və yaralananların tezliklə sağalmasını arzulayırıq.

Добавить комментарий