Müsavat Partiyasının üzvü oğurlandı

Müsavat partiyasının 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən namizədi Səxavət Soltanlının səlahiyyətli nümayəndəsi Qədim Soltan Qobustanın Xılmilli kəndində imza toplayarkən təzyiqə məruz qalıb.

Bu barədə «Basta»ya Müsavat Partiyasından məlumat daxil olub. Məlumatlara görə, Qədim Soltana hücum edənlər kənd bələddiyə sədri, icra nümayəndəsi və onların qoçu dəstəsidir.

«Qədim Soltana hazırda zəng çatmır. Oğurlanıb və ya həbs edilib. Onun arxasınca nömrəsiz beş maşınla — üçü «Niva», biri VAZ 2106, o biri isə xarici markalı avtomobil olub», — deyə Müsavat Partiyasının məlumatında bildirilir.

Bastainfo.com

Добавить комментарий