Müsavat, ReAl və N!DA birgə bəyanat yaydı

Müsavat Partiyası, ReAl və N!DA Vətəndaş Hərəkatları bu gün 1 Noyabr seçkilərini tanımadıqlarını, nəticələrin ləğv olunmasını və seçkilərin təkrar keçirilməsini tələb edən birgə bəyanat imzalayıblar. Həmin bəyanatın tam mətni ilə «Basta» oxucularını da tanış edirik:

Müsavat Partiyasının, “REAL” Vətəndaş Hərəkatının                                və “NİDA” Vətəndaş Hərəkatının

B İ R G Ə   B Ə Y A N A T I

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı,  “NİDA” Vətəndaş Hərəkatı

— Siyasi məhbusların azad edilmədiyi;

— Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;

— Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;

— Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;

— İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;

— Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;

Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.

02 noyabr 2015-ci il

bastainfo.com

 

Добавить комментарий