Müsavat, ReAL və NİDA birgə bəyanat yaydılar

Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, ReAl və NİDA Vətəndaş Hərəkatları seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib. Xəbər verildiyi kimi, bu istiqamətdə bir neçə görüş keçirilib və seçkilərdə əməkdaşlığın formaları haqda müzakirələr davam etdirilib. 

Müsavat başqanının müavini Elman Fəttah “Basta”nın əməkdaşıyla söhbətində bildirib ki, müzakirələrin yekunu olaraq təşkilatlar adından birgə bəyanat qəbul edilib.
Müsavat Partiyası, ReAl Vətəndaş Hərəkatının və NİDA Vətəndaş Hərəkatının birgə bəyanatını Elman Fəttah bastainfo.com-a təqdim edib.

Bəyanatda deyilir:

1. Ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakim olan, korrupsion, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər;
2. Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, dairələr üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər.
3. Tərəflər seçki Kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; Seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər.

bastainfo.com

 

Добавить комментарий