Müsavat seçki sənədlərini MSK-ya təqdim etdi

Bugün Müsavat Partiyasının seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Bu haqda «Basta»nın əməkdaşına Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib.

«Seçki Məcəlləsinə və müvafiq təlimatlara uyğun olaraq bu gün sənədləri Mərkəzi Seçki komissiyasına təqdim etdik. MSK-dan bildirilib ki, artıq bugun sənədlərimizi tətqiq etməyə başlayacaqlar və Müsavatın səlahiyyətli nümayəndələrinin təsdiqi məsələsi qurumun sabahkı iclasının gündəliyinə salınacaq», — G.Aslanlı bildirib. Xatırladaq ki, Müsavat Məclisinin avqustun 29-da keçirilən iclasında partiyanın Milli Məclisə namizədlər siyahısı təsdiqlənib. Hakim Yeni Azərbaycan Partiyasının namizədləri isə hələlik ictimaiyyətə açıqlanmayıb.

bastainfo.com

Добавить комментарий