Müsavat üçün imza toplayan şəxs polisə aparıldı

Göyçayda müsavatçının öz namizədliyini geri götürməsi tələb edilir

Siyəzəndə isə namizəddən ağlasığmaz sənədlər istəyirlər

“Məndən namizədliyimi geri götürməyimi tələb eidrlər. İmza yığanları hədələyir, təhdid edirlər. Bu gün səhər mənim namizədliyimin müdafiəsi üçün imza toplayan İlqar Muradov polis şöbəsinə çağırıblar. Hələ polisdən buraxılmayıb, ondan bir xəbər ala bilmirik”.Bu sözləri 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Namiq Hacılı “Basta”nın əməkdaşına deyib. N.Hacılı ona qarşı təzyiqlərin günü-gündən artdığını, hakimiyyətin hər vəclə onu seçki prosesindən kənarlaşdırmağa çalışdığını bildirib.  

54 saylı Şabran Siyəzən seçki dairəsində isə Dairə Seçki Komissiyası Müsavatın namizədi Nadir Qafarovdan ağlasığmaz sənədlər istəyib. Müsavat Partiyasının seçkilər üzrə səlahiyyətli nümayəndəsi Mərdan Mehdilinin verdiyi məlumata görə, DSK naməzədin bütün ailə üzvlərinin iş yerləri və məşğuliyyətləri haqda məlumat istəyib: “Ailə üzvlərinin iş yerləri haqda məlumatların istənilməsi qanunda nəzərdə tutulmayıb. DSK-dan deyirlər ki, onlara bu haqda təlimat veriblər. Bu məlumatları ona görə namizəddən tələb edirlər ki, sonra onun ailə üzvlərinə təzyiq etsinlər”.

Xatirladaq ki, iki gün öncə Qaradağ rayonunda Müsavat üçün imza toplayan Qədim Soltan yerli icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən oğurlanmışdı. Qədim Soltan qoçu dəstəsinin fiziki və mənəvi zorakılığına məruz qaldıqdan sonra azad edilsə də, bu cinayətlə bağlı hüquq-mühafizə orqanları heç bir tədbir görmür.

bastainfo.com

Добавить комментарий