“Müsavatçı olduğum üçün evimə internet çəkdirə bilmirəm”

Oxucu poçtu

Xızı rayonunun Sitalçay kəndində yaşayan Malik Zeynalov yaşadığı evə sürətli internet çəkdirə bilməməsindən şikayətçidir. “Basta”ya məktub yazan M.Zeynalov hələ 2013-cü ilin oktyabr ayından genişzolaqlı İnternetdən istifadə etmək üçün dəfələrlə Xızı rayonu telekomunikasiya qovşağına və eyni zamanda aztelekom İB -ə ərizə ilə müraciət etsə də, probleminin həll olunmadığını bildirir. Şikayətdə daha sonra deyilir:

“Əvvəl mənə, həm məktubla, həm də şifahi olaraq bildirdilər ki, üç ay müddətində istifadəmdə olan 0233164087 saylı sabit telefon xətti vasitəsilə məni genişzolaqlı internetlə təmin edəcəklər. Lakin 20 dekabr 2013 il tarixdə yenidən mən aztelekom İB e-mail vasitəsilə məktub yolladım. Amma mənə genişzolaqlı internet verməkdən imtina etdilər. Səbəb kimi isə göstərdilər ki, «Sizin xəttə FSM qurğusu olduğu üçün sizə genişzolaqlı internet verilməsi mümkün deyil. Lakin yaxın gələcəkdə həmin ərazi kabelləşəndə sizə genişzolaqlı internet veriləcək». Bütün bunların bəhanə olduğun bilirdim. Bu səbəbdən də mən 12 may 2014 cü il tarixdə Xızı telekomunikasiyandan İnzibati məcələnin 2.2.2 ci maddəsi ilə ümumi olaraq Sumqayıt inzibati İqtisad məhkəməsinə şikayət vermişəm. Nəticədə isə həm prosedur qaydaları tam bilmədiyim üçün, eyni zamanda yaranmış digər probilemlərə görə, məhkəmə prosesini yarımçıq qoymalı oldum. Amma buna baxmayaraq, sonrakı müddətdə mütammadi olaraq Xızı telekomunikasiya qovşağına eyni zamanda aztelekoma bu barədə şikayətlər etmişəm. Son olaraq 12 noyabr 2015 ci il tarixdə mənim e-mail poçtuma aztelekomdan bir məktub gəlib ki, «Sizin müraciətinizlə əlaqədar bildiririk ki, Fsm avadanlığı ilə qoşulmuş xəttlərin ləğv olunması regionlarda «Multimediya xidmətlərinin inkişafı» layihəsində nəzərdə tutulmuşdur və gələcəkdə həmin layihə həyata keçirildikdə Sizin yaşadığınız ünvana internet çəkilməsi nəzərə alınacaqdır.

Əziz Dostlar!!

Nəzərinizə çatdırmaq istəyirəm ki, ilk dəfə 2013 cü ildə mənimlə birlikdə 5-6 şəxs də internet almaq üçün Xızı telekomunikasiya qovşağına müraciət etmişdir. Həmin şəxslərin hər birinin evinə həmin vaxt internet verilməsi təmin olundu. Hal hazırda isə təxminən 25-30 ailə yaşadığım kənddə internetdən istifadə edir. Lakin Xızı telekomunikasiyanın mənə genişzolaqlı internet vermək fikri yoxdur. Səbəb isə mənə açıq deməsələr də, Müsavatçı olmağımdır. Qeyd etmək istəyirəm ki, əgər, Xızı telekomunikasiyanın iddia etdiyi kimi, mənim istifadəmdə olan xəttdə FSM qurğusu varsa, həmin xəttlə paralel evimizin 50 metirliyinə kimi digər ana kabel xətti də gəlir ki, həmin kabel xəttindən də mənə internet vermək fikrində deyillər. 10 nəfərlik həmin kabel xəttinin yalnız iki istifadəçisi var”.

Rayonlarda yaşayan müxalifətçilərin nəzarət saxlanması, hər yolla bölgədən paytaxta informasiya ötürülməsinin qarşısının alınması ölkəmiz üçün yenilik deyil. Xatırladaq ki, Lənkəranda yaşamasına rəğmən, bir neçə il sosial şəbəkələrin ən fəal üzvlərindən olmuş Müsavat başqanının müavini Yadigar Sadıqov şərlənərək həbs edilib. Yadigar Sadıqovun həbsinin motivlərindən biri kimi, onun məhz internetdə fəallıq etməsi göstərilir. İstisna deyil ki, Malik Zeynalovun dan internetdən məhrum edilməsində məqsəd, bölgədən müstəqil xəbərlərin yayılmasının qarşısını almaqdır.

bastainfo.com

Добавить комментарий