Paris terrorunun tekilatçısı öldürüldü

Saint Denisdə aparılan əməliyyatda öldürülənlərdən biri Paris hücumlarını təşkil etməkdə şübhəli bilinən Abdelhamid Abaaouddir, prokurorluq deyir.

Fransada ekspertlər cümə günü baş vermiş hücumlarının təşkilatçılığında şübhəli bilinəni saxlamaq üçün keçirilən reyd zamanı ölmüş şəxs kimliyini təyin etməyə çalışırdı.

Polis bildirib ki, Saint Denisdə binaların birində aparılan əməliyyat Abdelhamid Abaaoudi tutmaq üçün olub.

Paris prokuroru səhər demişdi ki, nə Abdelhamid Abaaoud, nə də Salah Abdeslam Saint Denisdə həbs olunan səkkiz nəfərin arasında olub.

Bu arada isə Fransa deputatları ölkədə fövqəladə vəziyyətin uzadılması məsələsinə müzakirə edir.

Belçika paytaxtı Brüsseldə hökümət daha 6 axtarış başladıb. Axtarışlar Paris hücumları zamanı standionda özünü partlatmış 20 yaşlı Bilal Hadfi ilə əlaqəlidir.

Noyabrın 13-də Parisdə silahlılar və canlı bombalar konsert zalını, əsas stadionu, əhalinin sıx olduğu restoran və bara hücum edərək 129 nəfəri öldürüb və 352 nəfəri yaralayıb. Hadisəyə görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

Washington Post qəzeti anonim avropalı rəsmiyə istinadən yazıb ki, hücumları təşkil etməkdə şübhəli bilinən 27 yaşlı Abaaoud Saint Denisdə öldürülüb.

Lakin prokurur deyib ki, mənzildə dağıntılar altında tapılmış insan qalıqlarının kimə aid olduğu hələ də müəyyənləşməyib.

 Onun sözlərinə görə, bina elə pis zədələnib ki, dağıntılar altında üçüncü cəsədin olub-olmadığı aydın deyil.

Reyd zamanı bir qadın özünü partladıb və şübhəli bilinən daha bir nəfər güllələnib.

Cənab Molins deyib ki, Sent Denis-də baş tutan polis əməliyyatı yeni hücuma mane olub və zərbə vurmağa hazır olan «yeni terror özəyini» dayandırıb.

Francois Molinsin Sent Denis-də baş tutan əməliyyat barədə verdiyi təfərrüatlar döyüşün mənzərəsini göstərir.

  • Polis 5 min ədəd patron istifadə edib
  • Hədəfə alınan əsas bina o qədər zərər görüb ki, indi dağılmaq riski ilə üz-üzədir
  • Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən cəsəd tapılıb
  • Yeddi kişi və bir qadın həbs edilib

Cənab Molins bildirib ki, nə cümə günü hücumları ilə bağlı şübhəli sayılan 26 yaşlı Salah Abdeslam, nə də Əbdülhəmid Abaaoud onların arasında yoxdur.

Həmçinin çərşənbə günü, Marselin şəhərində Yəhudi məktəbində müəllim üç kişi tərəfindən bıçaqlanıb. Polis deyir ki, onun həyatı təhlükə altında deyil və o şəxslər axtarılır.

Reyd zamanı polis antiterror qrupunun beş üzvü yüngül xəsarət alıb, reydin Dizel adlı yeddi yaşlı «hücum iti» öldürülüb.

Ötən cümə Parisə baş vermiş hücum nəticəsində 400-dən çox adam xəsarət alıb. Onlardan 221-i hələ də xəstəxanadadır.

İD qruplaşması bildirib ki, cümə günü hücumu Fransanın Suriyada həyata keçirdiyi hava kampaniyasına cavabdır. Qruplaşma bundan sonra da qan tökülməsinə söz verib.

Fransa Prezidenti Francois Hollande deyib ki, İD qruplaşması bütün dünyanı təhlükə altında qoyur və yaraqlı qrupa qalib gəlmək üçün birgə işləmək üçün «böyük koalisiyaya» nail olmaq lazımdır.

bastainfo.com

Добавить комментарий