Parisdə ölənlərin sayı 200 nəfəri keçə bilər

Parisdə terror aktları nəticəsində ölənlərin sayı durmadan artır. Saat 12:00-a olan rəsmi məlumata görə, terror qurbanlarının sayı 160 nəfəri ötüb.  200 nəfərin yaralı,  80 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərin sayı 200 nəfəri aşa bilər.

Parisdə öldürülən terroristlərin sayı isə 8-ə çatıb. Fransanın kütləvi informasiya vasitələri xəbər verir ki,  onlardan 7-si özünü şəhid kəməri ilə partladıb. Bəzi terrorçuların hadisə yrindən qaça bildikləri haqda xəbərlər yayılıb. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

***

Fransa prezidenti Fransua Oland ölkədə fövqəladə vəziyyət elan edib. Fransanın dövlət sərhədləri bağlanılıb. Bazar günü Fransada keçirilməsi nəzərdə tutulan regional seçkilər təxirə salınıb. Fransua Olandın G20 sammitində iştirak etmək üçün Türkiyəyə səfəri də ləğv edilib. 

Добавить комментарий