Putindən Türkiyəyə qarşı daha bir — Fərman

Rusiya prezidenti Vladimir Putin «Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında» fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin imzalanmış fərmanda 1 yanvar 2016-cı il tarixindən etibarən Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarıb.

Qərar Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi olan, həmçinin həqiqi xidməti və xüsusi pasportlara malik səfirlik və konsulluq işçiləri və onların ailə üzvlərinə şamil edilməyib.

«Müəyyən edilsin ki, turoperator və turagentliklərin Rusiya Federasiyası vətəndaşlarına Türkiyə Respublikası ərazisinə səfər nəzərdə tutan turist məhsulunun satışından çəkinmələri gərəkdir», — deyə fərmanın mətnində bildirilir.

Rusiya hökumətinə, həmçinin Rusiya və Türkiyə arasında çarter hava daşınmalarına qadağanın tətbiq edilməsini nəzərdə tutan tədbirlər görmək tapşırığı verilib.

bastainfo.com

Добавить комментарий