Ramzan Kadırovdan Türkiyə ilə bağlı növbəti sərsəm açıqlama

«Türkiyə terrorizmlə mübarizə aparmır»
«Türkiyə hökuməti çeçen terrorçuları dəstəkləyib. İndi isə İŞİD-lə biznes əlaqəsi qurub. Türkiyə İŞİD-ə kömək edir. «
 
Bizimyol.info xəbər verir ki, bu sözləri Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov deyib. 
 
O, bildirib ki, rəsmi Ankara daima çeçen terrorçulara dəstək verib: «Mən dəqiqliyi sevirəm. Buna görə də sual verirəm. Türkiyə nə vaxt və harada çeçen xalqına kömək edib? Heç olmasa Çeçenistanda bir məktəb, bir xəstəxana göstərin ki, onu Türkiyə tikib. Bir nümunə göstərin. Türkiyə vəhhabilərə, terrorçulara kömək edib. Onlara maliyyə dəstəyi də verib. Umarov, Basayevə dəstək veriblər. Onlar və dəstəkçiləri çeçen xalqını məhv etmək istəyiblər. Budur sizin köməyiniz? Türkiyə Suriyaya terrorçu hazırlayıb göndərir. Türkiyənin İŞİD-lə biznes əlaqələri var. Hökumət İŞİD-dən neft alır.»
 
Xatırladaq ki, 24 noyabr tarixində Rusiyaya adi «SU-24» hərbi təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulub. Hadisə nəticəsində təyyarə pilotlarından biri həyatını itirib. Rusiya təyyarəsinin vurulmasından sonra  Türkiyəyə qarşı kampaniya başladılıb. Prezident V.Putin Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək üçün sərəncam imzalayıb. Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov isə demək olar ki, hər gün Türkiyə əleyhinə bəyanatlar verir. 
bastainfo.com

Добавить комментарий