ReAl-ın namizədlər siyahısı açıqlandı

ReAl Vətəndaş Hərəkatı noyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək. “Basta” xəbər verir ki, təşkilat 16 dairə üzrə öz namizədlərin siyahısı açıqlayıb. Digər dairələrdə isə ReAl hərəkatı ayrı-ayrı namizədləri müdafiə edəcək.

Natiq Cəfərli, REAL İcra Katibi, iqtisadçı — 12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi.

Erkin Qədirli, REAL İH üzvü, hüquqşünas — 16 Saylı Yasamal İkinci Seçki Dairəsi.

Xalid Bağırov, REAL İH üzvü, hüquqşünas, vəkil — 24 Saylı Nizami Birinci Seçki Dairəsi.

Azər Qasımlı, REAL İH üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru — 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi.

Zöhrab İsmayıl, REAL İH üzvü, iqtisadçı — 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi.

Cəsur Məmmədov, REAL İH üzvü, siyasi elmlər magistrı — 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi.

Vəfa Rüstəm, hüquqşünas — 15 Saylı Yasamal Birinci Seçki Dairəsi.

Mübariz Rəhimli, siyasi elmlər magistrı – 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi.

Şadiman İsmayılov, IT mütəxəssisi – 14 Saylı Xəzər Seçki Dairəsi.

Hafiz Babalı, iqtisadçı – 42 Saylı Sumqayıt İkinci Seçki Dairəsi.

Ramil Süleymanov, hüquqşünas – 41 Saylı Sumqayıt Birinci Seçki Dairəsi.

Kənan Məkanlı, iqtisadi elmlər magistrı — 43 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi.

Rafiq Muradov, politoloq — 107 Saylı Qazax Seçki Dairəsi.

Hacıbaba Bayramov, iqtisadi elmlər magistrı – 52 Saylı Quba Seçki Dairəsi.

Azay Vəlixanov, iş adamı – 56 Saylı Xaçmaz Kənd Seçki Dairəsi.

Mikayıl Talıbov, müəllim – 77 Saylı Astara Seçki Dairəsi.

ReAl-ın dəstəklədiyi namizədlər
Ruslan İzzətli, D18 Hərəkatının Sədri — 33 Saylı Xətai Birinci Seçki Dairəsi.

Ülvi Həsənli, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 9 Saylı Binəqədi İkinci Seçki Dairəsi.

Ramin Hüseynov, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 18 Saylı Nərimanov-Nizami Seçki Dairəsi.

Elgiz Qəhrəman, NİDA Vətəndaş Hərəkatının üzvü – 29 Saylı Səbail Seçki Dairəsi.

Nicat Əmiraslanov, NİDA Vətəndaş Hərəkatının üzvü – 106 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi.

Məzahir Şahvələdov, hüquqşünas – 86 Saylı İsmayıllı Seçki Dairəsi.

bastainfo.com

Добавить комментарий