Rusiyanın Su-24 hərbi təyyarəsinin qara qutusu açılır (CANLI)

Türkiyə-Suriya sərhədində vurulan Rusiyanın Su-24 hərbi təyyarəsinin qara qutusu açılır.
 Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri və xaricdən dəvət olunmuş ekspertlər birgə qara qutunun şifrələrinin açılması prosesinə başlayıb.
Xatırladaq ki, noyabrın 26-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-ların hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub.

Добавить комментарий